Ezonn Xəbər

Təbiətdan hədiyyə – Yaponiyanın ərazisi bu qədər artdı

Təbiətdan hədiyyə – Yaponiyanın ərazisi bu qədər artdı
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Yaponiyanın İvodzima adası yaxınlığında sualtı vulkanın püskürməsi nəticəsində ölkənin quru ərazisi 50 hektar artırılıb. Bu məlumatı ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) açıqlayıb. Peyklərin köməyi ilə yeni quru ərazisinin yaranması qeydə alınıb. Bunun nəticəsində İvodzima adasının ümumi sahəsi 1,7 faiz artaraq 500 min kvadratmetr – təxminən 70 standart futbol meydançasının sahəsinə bərabər olub. İvodzima adası Sakit okeanda, Tokiodan 1200 kilometr cənubda yerləşir. Ada, eyni zamanda, İkinci Dünya müharibəsi zamanı ABŞ və Yaponiya qüvvələri arasında gedən döyüşlərlə də tanınır. Yeni yaranan ərazinin nə qədər davam edəcəyi isə hələlik məlum deyil. 2023-cü ildə həmin bölgədə baş verən digər bir vulkan püskürməsi nəticəsində yaranmış quru sahəsi bir neçə həftə ərzində okean dalğalarının təsiri ilə yox olmuşdu.