Ezonn Xəbər

ABŞ-da lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant saxlanılıb

ABŞ-da lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant saxlanılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ-da lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant bu həftə saxlanılıb. Məlumatlara görə, Salvadorlu miqrant 2013-cü ildən ABŞ sərhədini qanunsuz keçərək ölkəyə daxil olub və 2014-cü ildən bəri axtarışdadır. \n\nMiqrantın kimliyi, lotereyada qalibin fotosunu sosial şəbəkələrdə paylaşması nəticəsində müəyyən edilib. ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları, foto vasitəsilə onun harada olduğunu aşkar edərək saxlayıblar. \n\nLotereya rəhbərliyi, Velaskes-Morales adlı miqrantın noyabrın 18-də Massaçusetsdə 10 dollarlıq “2 000 000 50X Cashword” adlı ani lotereya biletini alaraq 1 milyon dollar qazandığını bildirir. Qalibin qazancını nümayiş etdirən foto, noyabrın 21-də sosial şəbəkədə paylaşılıb. \n\nMassaçusets ştatının qanunlarına əsasən, lotereyada iştirak etmək üçün ABŞ vətəndaşı olmaq və ya qanuni miqrasiya statusuna malik olmaq tələb olunmur, sadəcə 18 yaşına çatmaq kifayətdir. Lakin, miqrantın qazandığı pulun taleyinin nə olacağı hələlik məlum deyil.