Tədqiqatçılar: Təbii şəkər viseral yağın əridilməsinə kömək edə bilər

Ezonn TV «ScienceAlert» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, bağırsaqlarda yaşayan mikroblar, bədənimizdəki yağ miqdarı ilə bağlı maraqlı təsirlər yarada bilər.
"Cell Host & Microbe" jurnalında dərc olunan araşdırmaya görə, Clostridium immunis adlı bir bakteriya, yağ itkisində müsbət rol oynaya bilər. Araşdırmaçıların apardığı təcrübədə bu bakteriyanı alan siçanların bədən çəkisində bir həftə ərzində 3% azalma, qan trigliseridlərində isə 25% azalma müşahidə edilib.
Əsasən, C. immunis bakteriyası, viseral yağın, yəni qarın içi orqanları əhatə edən yağ toxumasının həcmini 33% azaldır. İkinci bir təcrübədə isə yüksək yağlı diyetlə qidalanan siçanlarla müqayisədə bakteriya müalicəsi alanların 13% daha az çəki aldığı aşkarlanmışdır.
Araşdırmalar, bakteriyanın ifraz etdiyi bioaktiv birləşmənin, kompleks şəkər molekulu olan ekzosakaliparid (EPS) olduğunu ortaya çıxardı. EPS verildikdə, siçanlarda bədən çəkisi azalması və yağın əridilməsi müşahidə olunub.
Tədqiqatçıların gəldiyi nəticəyə görə, EPS molekulu, bağırsaqda ILC3 adlı immun hüceyrələrin istehsalını azaldaraq, IL-22 adlanan siqnal proteininin istehsalını dayandırır. Bu baş verən proses, viseral yağın daha aktiv metabolik olmasına səbəb olur ki, bu da siçanların daha çox enerji sərf etmələrini təmin edir.
Bununla yanaşı, hələ də insanların üzərində bu müalicənin təhlükəsiz olub-olmayacağı barədə dəqiq məlumat yoxdur. Lakin ilk müsbət göstəricilər, bənzər bioloji mexanizmlərin insanlarda da ola biləcəyini göstərir.