Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyasını elan etdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
25 noyabr 2026-cı il tarixində Azərbaycan Hava Yolları “Sərfəli Cümə” kampaniyasını elan edib. Kampaniya 25–30 noyabr 2026-cı il tarixlərində baş tutacaq və sərnişinlərə seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə almaq imkanı yaradacaq.
Kampaniya çərçivəsində “AZAL Miles” müştəriləri mobil tətbiq vasitəsilə millərlə bilet alarkən “BLUEFRIDAY” promokodundan istifadə edərək 35%-dək əlavə endirim qazana bilərlər. Bu, sərnişinlərin bayram ab-havasını yaşamaq və ya qış mövsümündə yaxınlarını ziyarət etmək üçün mükəmməl bir fürsətdir.
Endirimli uçuşlar 1–20 dekabr 2026-cı il, 10 yanvar – 28 fevral 2027-ci il, 1–30 aprel 2027-ci il tarixlərini əhatə edir. Lakin nəzərə alınmalıdır ki, endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılıdır. Yalnız aviabiletin tarif hissəsinə tətbiq olunan endirim, vergiləri və digər yığımları əhatə etmir.
Kampaniya çərçivəsində habelə endirimli aviabiletlərin sayı məhduddur və kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Aviabiletləri azal.az saytından, Azərbaycan Hava Yollarının mobil tətbiqindən, bilet kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.