Lotereyada 1 milyon dollar uddu: Həbs olundu

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın Massaçusets ştatında həyata keçirilən lotereyada 1 milyon dollar qazanan qanunsuz miqrant, Salvadorlu Velaskes-Morales həbs edilib. Bu barədə məlumatı “Fox News” yayıb.
Velaskes-Morales ilk dəfə 2013-cü ildən ABŞ sərhədini qanunsuz keçib və 2014-cü ildən etibarən onun axtarışında olunub. Lotereya rəhbərliyi onun qalib fotosunu sosial şəbəkələrdə paylaşdığı üçün ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları onu tanıyaraq saxlayıb.
Məlumata görə, Velaskes-Morales noyabrın 18-də Massaçusetsdəki “2 000 000 50X Cashword” adlı ani lotereya biletini alaraq 1 milyon dollar qazanıb. O, bu bileti Bostonun Şərqi Boston məhəlləsindəki bir mağazadan əldə edib. Qalibin şəkli noyabrın 21-də lotereya tərəfindən sosial mediada yayımlanıb.
Qeyd edək ki, Massaçusets ştatının qanunlarına görə, lotereyada iştirak etmək üçün ABŞ vətəndaşı olmaq və ya qanuni miqrasiya statusuna sahib olmaq tələb edilmir. Bilet almaq üçün yalnız 18 yaşa çatmaq kifayətdir. Lakin Velaskes-Morales-in qazandığı pulun taleyi hələlik məlum deyil.