Ezonn Xəbər

AZAL aviabiletlərə endirim elan etdi

AZAL aviabiletlərə endirim elan etdi
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. “Azərbaycan Hava Yolları” QSC, sərnişinlər üçün yeni "Sərfəli Cümə" kampaniyasını elan edib. Kompaniyadan verilən məlumata görə, tədbir çərçivəsində 25-30 noyabr tarixləri arasında seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes sinifləri üçün aviabiletlərdə 25%-dək endirim tətbiq olunacaq. Kampaniyə daxil olan sərnişinlər, “AZAL Miles” müştəri proqramına qoşulanlar, mobil tətbiq vasitəsilə bilet alarkən "BLUEFRIDAY" promokodunu istifadə edərək 35%-dək əlavə endirim qazanma imkanı əldə edəcəklər. Bu kampaniya, dekabr ayında bayramları fərqli şəhərlərdə qarşılamaq, qışın ilk aylarında yaxınları ziyarət etmək və yazın ilk səyahətlərini planlaşdırmaq istəyənlər üçün nəzərdə tutulub. Endirimli aviabiletlərin vasitəsilə, aşağıdakı tarixlərdə səyahət etmək mümkündür: 1-20 dekabr 2026-cı il, 10 yanvar - 28 fevral 2027-ci il, 1-30 aprel 2027-ci il. Endirim faizi isə uçuş istiqamətindən və seçilən tarifdən asılı olaraq dəyişir. Qeyd edək ki, bu endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur, vergilər və digər yığımlar endirimə daxil edilmir. Kampaniyanın şərtləri arasında endirimli aviabiletlərin sayı məhduddur və kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur. Aviabiletləri azalt.az, Azərbaycan Hava Yollarının mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.