Ezonn Xəbər

“Giləzi-Quşçuluq”un direktoru həbs edildi

“Giləzi-Quşçuluq”un direktoru həbs edildi
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubovun, kəsim sexinin rəisi Nazim Məmmədovun və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyevin barəsində qətimkan tədbirlərinin müəyyən edilməsi məqsədilə təqdimatlar müzakirə edilib. “Qafqazinfo”nun məlumatına görə, məhkəmənin qərarına əsasən, Elşən Usubov 2 ay 11 gün müddətinə həbs olunub, Nazim Məmmədov və Mahir Mirzəyev isə ev dustaqlığına alınıb. İstintaq zamanı aydın olub ki, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində müvafiq çərçivələrə uyğun olmayan məhsullar aşkar edilib. İstehsal tarixi 24 dekabr 2026-cı il olan toyuq əti və dondurulmuş toyuq hissələrinin yararlılıq müddəti isə artıq bitmişdir. Cinayət işi üzrə, direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və Müşahidə Şurasının sədri Mahir Mirzəyev Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilir.