Bakı Avrasiya Universitetində tələbələrdən şikayətlər - “Müəllimlərə olar, bizə yox!”

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakı Avrasiya Universitetinin tələbələri, universitetin liftlərindən yalnız müəllimlərin istifadə etməsindən narazıdırlar. Onların sözlərinə görə, liftlər işlək vəziyyətdə olmasına baxmayaraq, tələbələr üçün istifadəyə qadağa qoyulub. Bu səbəbdən, tələbələr yuxarı mərtəbələrə pilləkənlə qalxmağa məcbur olurlar. Hamilə tələbələrin də eyni problemi yaşadığı önə çəkilir.
Tələbələrin narazılıqları, universitetin beşmərtəbəli korpusunda liftin yoxluğuna və altımərtəbəli korpusda isə liftlərin məhdud istifadəsinə dair sosial şəbəkələrdəki paylaşım ilə başladı. Tələbələrden biri, "Lift var, amma yalnız müəllimlərə icazə verilir. Bizə icazə yoxdur" - deyə bildirib. Başqa bir tələbə isə, liftin kartla işlədiyini və bu kartların yalnız müəllimlərə verildiyini vurğulayıb.
Baku TV-yə verdikləri müsahibədə tələbələr, auditoriyaların təmizliyi ilə bağlı da problemlərini dilə gətirib. Onlar, dərs zamanı su içmək və ya özlərini pis hiss etdiklərində auditoriyadan çıxmaq üçün icazə ala bilmədiklərini bildirmişlər.
Universitetin mətbuat katibi Şəfahət Avılbəyli, B və C korpuslarında liftlərin olduğunu və bu liftlərin işlək vəziyyətdə saxlanıldığını qeyd edib. O, liftə bir anda çox sayıda tələbənin minməsi səbəbindən təhlükəsizlik məqsədilə müvəqqəti məhdudiyyət qoyulduğunu da əlavə edib. Mətbuat katibi, ümumiyyətlə, dərs zamanı auditoriyadan çıxmağa icazə verilmeməsi ilə bağlı iddialara da etiraz edib.