Ezonn Xəbər

Missisipi ştatında təyyarə qəzası: 6 ölü

Missisipi ştatında təyyarə qəzası: 6 ölü
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli bir təyyarə qəzaya uğrayıb. Hadisə barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb. Qəzanın baş verdiyi əraziyə dalğıclar göndərilib. Bildirilib ki, təyyarə Horn adasından təxminən 3,2 kilometr aralıda batıb. Axtarış-xilasetmə işləri nəticəsində 6 nəfərin meyiti aşkar edilib. Ölənlər arasında 4 böyük və 2 uşaq olduğu qeyd edilir. Lakin, hazırda təyyarədəki şəxslərin kimliyi hələ də açıqlanmayıb. ABŞ Sahil Mühafizəsi hadisənin səbəblərini araşdırmağa başlayıb. Yerel KİV-lərdə dərc edilən məlumatlara görə, bölgədəki hava şəraiti qəzanın baş verməsinə təsir etmiş ola bilər. Hadisə ilə bağlı ətraflı araşdırmaların aparılması planlaşdırılır.