Ezonn Xəbər

Məşhur iş adamı həbs edildi

Məşhur iş adamı həbs edildi
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Baş Prokurorluq tərəfindən "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-də insan həyatı üçün təhlükəli 400 tondan artıq toyuq əti məhsulunun aşkar edilməsi ilə əlaqədar üç nəfər həbs olunub. Bu barədə müvafiq məlumat Baş Prokurorluğun mətbuat xidmətindən yayımlanıb. Aşkar edilən məhsulların yararlılıq müddətinin bitdiyi və korlanma əlamətlərinin olduğu bildirilir. Qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məhsulların satış məqsədilə saxlanılması faktı ilə bağlı cinayət işi başlanıb. Həyata keçirilən araşdırmalar nəticəsində, Mirzəyev Mahir Hökümalı oğlu, Usubov Elşən Namiq oğlu və Məmmədov Nazim Bahadur oğlu qabaqcadan əlbir olaraq təhlükəli toyuq əti məhsullarını yararlı məhsullarla birlikdə satışa saxlamaqda təqsirləndirilib. Onların hər biri həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ağır nəticələrə səbəb olduqları üçün məsuliyyətə cəlb ediliblər. Məhkəmə qərarına əsasən, Usubov barəsində iki ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilib, Mirzəyev və Məmmədov isə ev dustaqlığına alınmışdır. İstintaq və əməliyyat-axtarış tədbirləri hələ də davam etməkdədir. Qeyd edək ki, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə aparılır. İstintaqın nəticələri barədə ictimaiyyətə daha sonra məlumat veriləcək.