İsveçrə Özbəkistana sabiq prezidentin qızının 252,5 milyon dollarlıq qanunsuz aktivlərini qaytaracaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İsveçrə və Özbəkistan, sabiq prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın ölkədə qanunsuz yolla əldə etdiyi aktivlərin qaytarılması ilə bağlı sazişi təsdiqləyib. Bu razılaşma çərçivəsində, Özbəkistana 252,5 milyon dollar məbləğində vəsaitin qaytarılması planlaşdırılır.
Sazişin məqsədi, əldə olunan vəsaitin əhalinin rifahının artırılması və insan kapitalının inkişafına dəstək verməkdir. Qaytarılan vəsait, "İşonç" fondu ("Özbəkistanın Baxışı 2030" Fondu) vasitəsi ilə yönləndiriləcək. Bu funda, resursların bölüşdürülməsi strategiyasının birinci mərhələsi çərçivəsində 87 milyon dollar ayrılacaq.
Bu maliyyə resursları, ilk növbədə səhiyyə və təhsil sahələrinə yönəldiləcək. Məqsəd, ana və uşaq sağlamlığının yaxşılaşdırılması, perinatal xidmətlərin gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin rəqəmsal bacarıqlarının artırılması təşəbbüslərini dəstəkləməkdir.
Bundan əvvəl, 2022-ci ilin avqust ayında Özbəkistan Ədliyyə Nazirliyi ilə İsveçrə hakimiyyəti, Kərimovanın 131 milyon dollar dəyərindəki aktivlərinin respublikaya qaytarılması barədə yekun saziş imzalamışdı. Bu proses, Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir və ölkənin iqtisadi durumu üçün yeni imkanlar yaradır.