Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığı müzakirə edib - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan və Rusiya arasında sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib. İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, görüş İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın Sənaye və Ticarət Nazirinin müavini Roman Çekuşov və Tatarıstanın Baş Nazirinin müavini Oleq Korobçenko arasında həyata keçirilib.
Görüş zamanı, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb. Tərəflər, qarşılıqlı ticarətin artırılması və iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində perspektivləri müzakirə ediblər.
İki ölkənin nümayəndələri, sənaye sahələrində, xüsusilə maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı və nəqliyyat sahələrində işbirliyinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, birgə sənaye zonası üzrə əməkdaşlıq imkanları da müzakirə edilib.
Bu cür görüşlər, Azərbaycan və Rusiya arasında iqtisadiyyatın müxtəlif sahələrində uzunmüddətli əməkdaşlığın təşviqi və inkişafı baxımından əhəmiyyət kəsb edir.