Ezonn Xəbər

Məktəb direktoru olmaq istəyənlərin qeydiyyatı başlayır

Məktəb direktoru olmaq istəyənlərin qeydiyyatı başlayır
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə işə qəbul üçün elektron sənəd qəbulunun başlanma tarixi açıqlanıb. Qeydiyyat noyabrın 27-də saat 15:00-da başlayacaq. Namizədlər dekabrın 4-ü saat 17:00-dək miq.edu.az/direktor portalı üzərindən qeydiyyatdan keçə bilərlər. Bu sistem vasitəsilə qeydiyyat və sənəd qəbul prosesi mərkəzləşdirilmiş qaydada aparılacaq. Qeyd edək ki, müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü diqqətlə yoxlanılacaq. Bu mərhələni uğurla keçənlər müsahibəyə dəvət olunacaqlar, burada onların rəhbərlik, idarəetmə, ünsiyyət və digər bacarıqları qiymətləndiriləcək. Müsahibə zamanında namizədlərin liderlik, strateji idarəetmə, pedaqoji biliklər və texnoloji bacarıqları da nəzərdən keçiriləcək. Müsabiqənin nəticələri isə namizədlərə "Şəxsi səhifə" vasitəsilə təqdim olunacaq.