Ezonn Xəbər

Tramp Rusiya ilə biznes sövdələşmələrindən imtina etmişdir

Tramp Rusiya ilə biznes sövdələşmələrindən imtina etmişdir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Trampın administrasiyası, Ukraynada müharibənin sona çatması üçün Rusiya ilə iqtisadi əməkdaşlıq imkanlarını əsas təşviq vasitəsi kimi istifadə etməyi dayandırıb. Bu barədə noyabrın 25-də “Financial Times” (FT) məlumat yayıb. Məlumata görə, Vaşinqton, Moskvanı sülh razılaşmasına təşviq etmək məqsədilə enerji və aviasiya sahələrində birgə biznes layihələri təklif etməyi düşünürdü. Lakin Rusiya tərəfinin bu təşəbbüslərə kifayət qədər maraq göstərməməsi planların reallaşmasını əngəllədi. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner, avropalı rəsmilərə bildiriblər ki, Rusiya ilə kommersiya sövdələşmələri indi Vaşinqtonun danışıqlar strategiyasında başlıca yeri tutmur. İşə əvvəl ABŞ administrasiyası, Rusiya ilə iqtisadi münasibətlərin genişləndirilməsi imkanlarını Ukraynada müharibənin sonlandırılması üzrə danışıqların bir hissəsi kimi müzakirə edirdi. Təkliflər arasında Amerika şirkətlərinin Rusiyanın enerji sektorunda fəaliyyətinin bərpası və birgə investisiya layihələrinin reallaşdırılması imkanları da var idi. FT-nin verdiyi məlumata görə, ABŞ-nin son sülh təklifində Rusiya üçün iqtisadi təşviqlər yer almır. Bununla belə, kommersiya təkliflərinin gündəmdən çıxarılması, Vaşinqtonun Moskva ilə bütün iqtisadi əlaqələri birdəfəlik istisna etdiyi demək deyil. ABŞ və Rusiya arasında gələcək iqtisadi münasibətlər, eləcə də mövcud sanksiyaların dəyişilməsi məsələləri Ukraynada müharibənin sona çatdırılması üzrə danışıqlardan asılı olaraq qalır.