Vasif Talıbovun imzaladığı 46 fərman ləğv edildi
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin 1998–2024-cü illərdə imzaladığı 47 fərmanı tam şəkildə ləğv edib, daha səkkiz fərmanı isə qismən təsirsiz hala gətirib. Bu qərar, dövlət qurumlarının yaradılması, onların strukturunun müəyyənləşdirilməsi və əsasnamələrinin təsdiqi ilə yanaşı, müvafiq dövrlərdə verilmiş fərmanları da əhatə edir.
Tam ləğv edilən sənədlər arasında 1998-ci ildə imzalanmış “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” fərman və 1999-cu il üçün nəzərdə tutulmuş əasasnamənin təsdiqi ilə bağlı fərmanlar mövcuddur. Bu fəxri adların 2026-cı il iyulun 14-də qəbul olunmuş qanunla tənzimlənməsi nəzərdə tutulur.
Daha əvvəlki fərmanların içərisində 2004-cü il tarixli Naxçıvan Beynəlxalq Hava Limanının Əsasnaməsini təsdiq edən sənəd və AMEA-nın Naxçıvan Bölməsinin strukturu ilə bağlı 2003-cü və 2020-ci il tarixli fərmanlar da var. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının yaradılmasına dair 2007-ci il fərmanı, Naxçıvan Təlim Mərkəzinin yaradılması barədə 2024-cü il fərmanı və Təhsil Nazirliyinin strukturunu əhatə edən 2010-cu il fərmanı da ləğv olunan sənədlər arasındadır.
Qismən ləğv olunan səkkiz fərman isə Maliyyə, Vergilər, İqtisadiyyat, Milli Təhlükəsizlik, Rabitə və Yeni Texnologiyalar nazirliklərinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə aid sənədləri əhatə edir. Burada, fərmanların əsasnamə, struktur və kollegiyanın tərkibi ilə bağlı müəyyən hissələri ləğv edilib.
Qeyd etmək lazımdır ki, Vasif Talıbov 1995-ci il dekabrın 16-dan 2022-ci il dekabrın 21-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. Onun istefasından sonra bu vəzifəni Azər Zeynalov, Anar İbrahimov və Bəxtiyar Məmmədov icra ediblər.