İstanbulda şok əməliyyat: Özcan Deniz və Deniz Çakır tutuldu
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İstanbulda baş verən əlamətdar hadisədə məşhur türk müğənnisi Özcan Deniz və aktrisa Deniz Çakır da daxil olmaqla 35 nəfər saxlanılıb. Saxlanma qərarı İstanbul Baş Prokurorluğu tərəfindən verilib.
Emiliyyat nəticəsində saxlanılanların tam siyahısı açıqlanıb. Bunlar arasında Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu da var.
İstintaq çərçivəsində saxlanılan şəxslərin ifadələri, şahidlərin bəyanatları və rəqəmsal materiallar diqqətlə araşdırılıb. Bu məlumatlar istintaqın gedişatında əhəmiyyətli rol oynayıb.
Bundan əlavə, saxlanılan şəxslərin tibbi müayinədən və narkotik testindən keçirilmələri nəzərdə tutulur. Onların barəsində veriləcək qərar isə sərbəst buraxılma və ya məhkəməyə göndərilmə şəklində olacaq. Məsələ ilə bağlı daha geniş məlumatlar əldə edildikdə ictimaiyyətə təqdim ediləcək.