Yelo Bank-ın dəstəklədiyi badmintonçulardan beynəlxalq uğur!

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
BAKI, Azərbaycan, 25 noyabr. Yelo Bank, Azərbaycanda xüsusi ehtiyacı olan gənclər üçün badminton məşqləri keçirir. Bu fəaliyyət, Azərbaycan Badminton Federasiyası ilə imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Bankın mərkəzi ofisindəki geniş idman zalı və fitness otağı, gənclərin rahat şəraitdə məşq etmələrinə imkan tanıyır.
Bu əməkdaşlığın beynəlxalq səviyyədə ilk nəticələri artıq əldə olunub. Azərbaycan, 18 ölkənin iştirak etdiyi Avropa Xüsusi Olimpiya Badminton Turnirində birinci yer tutub. Yelo Bank-da məşqlər keçən gənclər, bu uğurun əldə olunmasında əhəmiyyətli rol oynamışdır.
Badminton, xüsusi ehtiyacı olan gənclərin aktiv iştirak edə biləcəyi idman növlərindən biridir. Bankda təşkil olunan məşqlər, gənclərin fiziki inkişafını dəstəkləklə yanaşı, onların özünə inamını artırır və ictimai həyatda daha fəal olmalarına yardım edir. Bu layihə Yelo Bank-ın korporativ sosial məsuliyyət fəaliyyətləri çərçivəsindədir.
Yelo Bank, idmançıları və məşqçiləri bu uğurları münasibətilə təbrik edir və gənclərə yeni nailiyyətlər arzulayır. Bankın maliyyə xidmətləri ilə bağlı əlavə məlumat üçün 981 nömrəsinə zəng edə və ya onların Facebook, Instagram, Whatsapp və yelo.az hesablarına daxil ola bilərsiniz.