Ezonn Xəbər

"Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib

"Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə "Azərsun Holdinq"in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur həyata keçirilib. İnfoturun məqsədi istehsalat prosesləri, əmək şərtləri və əməyin mühafizəsi sahəsində görülən işləri daha yaxından tanımaq olub. Səfər çərçivəsində iştirakçılar Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının tərkibindəki Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikində baxış keçiriblər. Qonaqlara istehsalat fəaliyyəti, texnoloji proseslər, tətbiq olunan təhlükəsizlik qaydaları ilə bağlı geniş məlumat təqdim edilib. İnfotur zamanı fərdi mühafizə vasitələrinin istifadəsi, iş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsi məsələləri diqqət mərkəzində olub. Həmçinin əməkdaşların sosial rahatlığı üçün yaradılan şərtlər, o cümlədən yeməkxanalar ilə tanışlıq baş tutub. Görüşlərdə iştirak edən fabrik nümayəndələri və SƏTƏM mütəxəssisləri təhlükəsizlik yanaşmaları və iş şəraiti barədə məlumat verərək əməkdaşların rifahının təmin edilməsi istiqamətindəki tədbirləri açıqlayıblar. Bu çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və məlumat mübadiləsi vurğulanıb. Bu təşəbbüs, "Azərsun Holdinq" və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əlaqələrin inkişafı, təhlükəsiz əmək mühitinin təşviqi və gələcək layihələr üçün yeni perspektivlərin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Şirkət istehsalatın inkişafı ilə yanaşı, sağlamlıq və təhlükəsizliyi də prioritet olaraq görür.