Ezonn Xəbər

Zorludan təklif: Naxçıvanda keçirək!

Zorludan təklif: Naxçıvanda keçirək!
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Böyük Millət Məclisinin üzvü və türk dövlətləri ilə əlaqələr üzrə məsul şəxs Kürşad Zorlu, İğdırda keçirilən Beynəlxalq Qafqaz Konqresində Türk dünyasının strateji nəqliyyat və ticarət layihələri barəsində qeyd olunası fikirlər səsləndirib. Zorlu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin regional sərhədləri aşaraq geostrateji və geoiqtisadi xarakter alaraq inkişaf etdiyini bildirib. O, tarixi İpək Yolunun canlandırılması məqsədilə Orta Dəhlizin Türk dünyasında ticarət, nəqliyyat və enerji əlaqələrini gücləndirəcəyini vurğulayıb. Zorlu, Çin ilə Avropa arasında dəniz yolu ilə 45 gün davam edən daşımaları Orta Dəhlizlə dəmir yolu ilə 18 günə endirilməsinin mümkün olduğunu da əlavə edib. Eyni zamanda, Qars-İğdır-Dilucu-Naxçıvan dəmir yolu xəttinin tamamlanmasının İğdırı Zəngəzur dəhlizi vasitəsilə regional nəqliyyat şəbəkələrinə inteqrasiya etməyə imkan verəcəyini bildirib. Açıqlamalarında Zorlu, İraqdakı "İnkişaf Yolu" layihəsi ilə Orta Dəhlizin bir-biri ilə əlaqələndirilməsini də təklif edib. O, bu strateji layihələrin uğuru üçün Qafqazda davamlı sülhün vacibliyini vurğulamışdır. Nəticə olaraq, Zorlu növbəti Beynəlxalq Qafqaz Konqresinin Naxçıvanda keçirilməsini də təklif edib.