Ezonn Xəbər

Zelenski Lukaşenkoya cavab verdi: Çamadana oxşayıram?

Zelenski Lukaşenkoya cavab verdi: Çamadana oxşayıram?
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ukrayna Prezidenti Vladimir Zelenski, Belarus lideri Aleksandr Lukaşenkonun Vladimir Putinlə Moskvada danışıqlar aparmaq təklifinə sərt reaksiyaya verib. Zelenski, Lukaşenkonun onu da həmin görüşə aparmağa çalışmasını absurd adlandırıb. \n\nZelenski, "O, məni də özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadana oxşayıram? Məni təyyarəyə mindirib aparmaq istəyir. Moskvaya nə üçün?" deyərək, təklifin ciddi olmadığını vurğulayıb. \n\nO, müharibə vəziyyətində olduqlarını qeyd edərək, belə görüşlərin Moskva ilə Kiyev arasında mümkün olmadığını bildirib. "Bütün bunları çox yaxşı başa düşürük. Bu cür qeyri-konstruktiv təşəbbüslər yalnız informasiya məkanını çirkləndirir və müharibənin başa çatmasına kömək etmir," - deyə Zelenski əlavə edib. \n\nXatırladaq ki, Lukaşenko Zelenskini Putinlə görüşmək üçün Moskvaya şəxsən müşayiət etməyə və onun təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirmişdi. Bu təklif, beynəlxalq ictimaiyyətdə müzakirə mövzusu olub. \n