Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü, Hörmüz boğazının cənub və şərq hissələrində iki neft tankerinin minaya düşdüyünü açıqlayıb. Hadisənin təfsili ilə bağlı "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə naviqasiya qaydalarının pozulması nəticəsində baş verib. Hər iki tanker minalara dəyərək mühərrik bölməsində yanğın doğurub. Bu vəziyyət gəmi heyətinin təhlükəsizliyini ciddi şəkildə risk altına qoyub.
İİKK-nın Dəniz Qüvvələri, tanker sahiblərinə və operatorlarına xəbərdarlıq edərək, qadağan olunmuş ərazilərdən keçidin ekipaj üzvləri və gəmilərin təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Hadisə, beynəlxalq və regional gəmilərin fəaliyyətini təsir edə biləcək ciddi bir təhlükəsizlik hadisəsi kimi dəyərləndirilir. Mütəxəssislər, bu cür hadisələrin artmasının bölgədə gərginliyi daha da artırabileceyi qənaətindədirlər.