İcbari Sığorta Bürosu Azərbaycan Sığorta Bürosuna çevriləcək

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
İcbari Sığorta Bürosunun Azərbaycan Sığorta Bürosuna çevrilməsi nəzərdə tutulub. Bu barədə məlumat verən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin İcraçı direktoru Abas Miskərli, bu dəyişikliyin 2024-cü ildən etibarən baş verəcəyini açıqlayıb.
Panel müzakirələrində bildirilib ki, yeni qurum yerli bankların birgə yaratdığı “Azərbaycan Kredit Bürosu” MMC kimi fəaliyyət göstərəcək. Miskərli, sığorta sektorunun “açıq bankçılığa” inteqrasiyasının vacibliyini vurğulayıb.
A.Miskərli, “açıq bankçılıq” modelinin sığorta sənayesində daha uyğun olduğunu, çünki bu sistemin müştəri məlumatını bir-birinə ötürməyə imkan tanıdığını bildirib. O, bu yanaşmanın sığorta şirkətləri arasında etibarı artıracağını qeyd edib.
Miskərli, yeniliyin sığorta şirkətləri arasında müştəri məlumatlarının daha şəffaf şəkildə paylaşılmasına gətirəcəyini, bunun da müştəri üçün daha münasib qiymətlərin təklif olunmasında rol oynayacağını vurğulayıb. Onun fikrincə, “açıq bankçılıq” və “açıq sığortaçılıq” sisteminin tətbiqi, müştəri tarixçəsinə dair məlumatların bir-birinə açıq olmasını təmin edəcək, nəticə etibarilə, müştərilər daha ədalətli xidmət alacaqlar.
Bu tədbir sığorta bazarının inkişafı və müştəri məmnuniyyətinin artırılması ilə bağlı mühim bir addım kimi qiymətləndirilir.