Azərbaycan yerli istehsalını artıraraq bu bazarda Litvanı "sıxışdırıb"

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın siqaret idxalında payını 24,2%-dən 39,3%-ə yüksəldib. Bu artım illik müqayisədə 15,1 faiz bəndi təşkil edir, nəticədə Azərbaycan Gürcüstanın ən böyük siqaret təchizatçısi halına gəlib.
Gürcüstanın Milli Statistika Xidmətinin verdiyi məlumata əsasən, 2026-cı ilin ilk doqquz ayında ölkə xaricdən 101,7 milyon ABŞ dolları dəyərində siqaret idxal edib. Bunun 40 milyon dolları Azərbaycanın payına düşüb, ötən ilin eyni dövründə bu rəqəm 28 milyon dollar olub. Bu dövrdə Gürcüstanın ümumi siqaret idxalı 12% azaldığı halda, Azərbaycanın təmin etdiyi siqaretlərin dəyəri təxminən 43% artıb.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayında Gürcüstanın ən böyük siqaret təchizatçısı 32,2 milyon dollarla Litva olub. Bu il isə Azərbaycan 40 milyon dollarla birinci yeri götürüb. Eyni zamanda, Litva 35,2 milyon dollarla ikinci yerdə qərarlaşıb.
Gürcüstanın idxal etdiyi siqaretlərin fiziki həcmi 6 260 tondan 4 994 tona düşüb, Azərbaycandan idxal isə 2 262 ton təşkil edib. Bu da o deməkdir ki, Azərbaycan Gürcüstanın siqaret idxalında 45,3% paya sahibdir. 2026-cı il ərzində Azərbaycandan Gürcüstana gedən siqaretlərin sayı 113,5 milyon qutuya bərabər olub.