Zlatan İbrahimoviç serialda rol alacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İsveç millisinin tanınmış futbolçusu Zlatan İbrahimoviç, kriminal janrda çəkilən “Qanqsterlər dünyası” (“MobLand”) serialının üçüncü mövsümündə rol alacaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Rejissoru Qay Riçidir. Serial, “Paramount+” platformasında yayımlanacaq. İbrahimoviç, serialda mənfi obrazı canlandıraraq, tamaşaçılara tanınmış aktyorlarla birlikdə çıxış edəcək. Bununla yanaşı, serialda Helen Mirren, Tom Hardi və Pirs Brosnan kimi məşhur simalar da rol alacaq.
Yaxın zamanda başlayacaq çəkilişlərin nəticəsində serialın üçüncü mövsümü 2027-ci ildə yayımlanması planlaşdırılır. İbrahimoviç, futbol karyerasını 2023-cü ildə başa vurmağı ilə yanaşı, “Milan” klubunun rəhbərliyində məsləhətçi vəzifəsini icra edir.
O, karyerası boyunca “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi” və “Milan” klublarında bir çox uğurlara imza atıb. İsveç millisinin tarixində ən məhsuldar futbolçu olan İbrahimoviç, həmçinin 2023-cü ildə “Asteriks və Obeliks: Səmavi imperiya” filmində rol alıb.