Ezonn Xəbər

Qusar-Bakı yolunda yeni elektron tərəzi quraşdırılacaq

Qusar-Bakı yolunda yeni elektron tərəzi quraşdırılacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-da, Qusar rayonunun Samur qəsəbəsində yeni elektron tərəzi quraşdırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Agentliyin açıqlamasına görə, bu elektron tərəzi 30 noyabr tarixində fəaliyyətə başlayacaq və nəzarət tədbirlərinin həyata keçirilməsində istifadə ediləcək. Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilər mərhələli şəkildə quraşdırılır. Bu tərəzilər, yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət etməsinə avtomatlaşdırılmış nəzarət imkanları təqdim edir. İnzibati xəta halında, yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşdığı aşkar edilərsə, bu məlumatlar real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək və elektron əsasda inzibati tənbeh qərarı qəbul ediləcək. Daşıyıcılara qanunvericiliklə müəyyənləşdirilmiş qabarit, çəki və yüklə bağlı tələblərə riayət etmələri tövsiyə edilir.