Ezonn Xəbər

Balakən sakini bıçaqlanıb: 69 yaşlı qardaşı tutulub - YENİLƏNİB

Balakən sakini bıçaqlanıb: 69 yaşlı qardaşı tutulub - YENİLƏNİB
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 25-də saat 20:00 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasına 1960-cı il təvəllüdlü Sədrəddin Malahovun gətirilməsi ilə bağlı xəbər göndərilib. TƏBİB-in məlumatına görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən açıq yarası diaqnozu qoyulub və cərrahi müdaxilə edilib. Hazırda onun vəziyyəti ağırdır və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib. Sədrəddin Malahov və onun qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə yaranıb. Mübahisə zamanı Məhəmməd Malahov özündən 3 yaş kiçik qardaşına bıçaq zərbəsi vurub. Bıçaqlanma hadisəsindən sonra Məhəmməd Malahov polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma həyata keçirilir. Məlumata əsasən, hadisənin baş vermə səbəbləri müəyyən edilməyə çalışılır.