Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq ölüb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Yardımlı rayonunun Gendərə kəndində 7 yaşlı məktəblinin çayda boğulması hadisəsi baş verib. 2019-cu il təvəllüdlü Əli Neymət oğlu Qurbanov noyabrın 24-də axşam saat 20 radələrində çaya düşərək həlak olub. Uşağın meyiti daha sonra kənd ərazisində aşkar edilib.
Hadisənin baş verməsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. Uşağın evə qayıtmadığını görən anası ilk öncə onun babasıgilə gedəcəyini düşünərək narahat olmayıb. Lakin axtarışlar nəticəsində azyaşlının meyiti, kənddəki körpünün altında tapılıb.
İlkin ehtimallara görə, uşaq körpüdən yıxılaraq boğulub. Hazırda hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini aydınlaşdırmaq üçün araşdırma işlərini davam etdirirlər. Bu tragik hadisə bölgədə məyusluq yaratmış, valideynlər arasında narahatlıq doğurmuşdur.