Ezonn Xəbər

Tez yuxuya gedən şəxsə 14 min dollar verildi

Tez yuxuya gedən şəxsə 14 min dollar verildi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Yaponiyanın paytaxtı Tokioda keçirilən qeyri-adi "Matt Race" yuxu yarışında iştirakçılar maksimum 90 dəqiqə ərzində yuxuya getməyə çalışıblar. Yarışın əsas məqsədi, Yaponiyada yayılmış yuxusuzluq probleminə diqqət çəkməkdir. İştirakçılar xüsusi hazırlanmış rahat döşəklərdə yatmağa cəhd ediblər. Yuxu keyfiyyətləri isə xüsusi cihazlar vasitəsilə ölçülüb. Yarışda ən qısa zamanda yuxuya gedən və ən keyfiyyətli yuxu nümayiş etdirən şəxslər mükafatlandırılıb. Təşkilatçılar, yuxusuzluğun Yaponiyada geniş yayılmasının əsas səbəbləri arasında uzun iş saatlarını, işə gedib-gəlmək üçün sərf olunan vaxtı və intensiv həyat tərzini göstəriblər. Bu yarış, məsələyə işıq tutmaq məqsədini güdür. Yarışın qalibi 2 milyon yendən (təxminən 14 min dollar) artıq mükafatla təltif olunub. Bu, həmçinin iştirakçıların yuxu keyfiyyətini artırmağı hədəfləyən yeni bir yanaşma olaraq qiymətləndirilir.