Alimlərin möcüzəvi kəşfi: Hərəkət edən, sürünən və qazıntı aparan dəmir yaradılıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Alimlər, daxili enerji sayəsində öz-özünə hərəkət edə bilən, sürünən və hətta qazıntı aparan yeni bir material istehsal ediblər. Amsterdam, Kembric və Yeni Cənubi Uels universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırma, bu sahədə mühüm irəliləyişlər vəd edir.
Tədqiqatçılar xüsusi mühərriklər, çubuqlar və elastik rezin elementlərdən ibarət konstruksiyalar yaradıblar. Bu elementlərin qarşılıqlı fəaliyyəti, materialın formasını dəyişdirməyə və fasiləsiz hərəkət etməyə imkan tanıyır. Bu yeni materiallar, adi materiallardan fərqli olaraq, yalnız xarici qüvvələrdən asılı deyil, daxilindəki enerji mənbələri sayəsində öz hərəkətlərini davam etdirir.
Tədqiqat nəticəsində alimlər göstərdilər ki, hər bir komponentin aktivliyi materialın bütövlükdə reaksiya verməsində mühüm rol oynasa da, hissələrin birləşməsi də hərəkət qabiliyyətinə ciddi təsir göstərir. Bu məlumata əsaslanaraq, alimlər, gələcəkdə bu kəşfin avtonom yumşaq robotların və tibbi texnologiyaların inkişafında istifadə oluna biləcəyinə inanırlar.
Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” və “Physical Review X” elmi jurnallarında dərc olunmuşdur.