Kadırovun oğlu soyadını dəyişdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Serbiya hakimiyyəti Çeçenistan rəhbəri Ramzan Kadırovun ikinci oğlu, Əli Kadırovu ölkə üçün "xüsusi maraq kəsb edən şəxs" olaraq qiymətləndirərək ona vətəndaşlıq verib. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yaymışdır.
Məlumatlara görə, Əli Kadırov Serbiya pasportunu 2025-ci ilin iyul ayında, 18 yaşına çatdıkda alacaq. Pasport isə ona göstərdiyi "xüsusi xidmətlər" səbəbindən Əli Musayev adıyla verilib. Maraqlıdır ki, onun bu adla rəsmiləşdirilmiş məxfi Rusiya pasportu da mövcuddur. Kiçik Kadırov artıq uzun illərdir ki, xarici ölkələrə bu pasportla şəxsən təyyarələrlə səyahət edir.
Korrupsiyaya qarşı Mübarizə Fondu, Kadırovun oğlu ilə bağlı Serbiya vətəndaşlığından məhrum edilməsi tələbi ilə ölkə hakimiyyətinə müraciət göndərmişdir. Eyni zamanda, bu məsələ ilə bağlı Avropa Birliyi hakimiyyət orqanları da məlumatlandırılmışdır. Son illərdə, xüsusi xidmətlərinə görə, yüzlərlə Rusiya vətəndaşı Serbiya pasportu almışdır. Bu şəxslər arasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, dövlət şirkətlərinin menecerləri, habelə Putinin ətrafında olan insanlar da vardır.