Ezonn Xəbər

Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın pulları geri qaytarılır

Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın pulları geri qaytarılır
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı, Gülnarə Kərimova, İsveçrədə müsadirə edilən 252,5 milyon dollarlıq aktivlərinin Özbəkistana qaytarılması üçün razılaşma əldə edilib. Bu barədə məlumatda bildirilir ki, geri qaytarılan vəsait səhiyyə və təhsilin inkişafına yönləndiriləcək. Gülnarə Kərimova, 1989-2016-cı illərdə Özbəkistana rəhbərlik etmiş İslam Kərimovun qızıdır. O, 2015-ci ildə şantaj və vergidən yayınma ittihamı ilə beş il həbs cəzasına məhkum edilib. Həbsinin ailə daxili qarşıdurma səbəbindən baş verdiyi düşünülür. 2013-cü ildən bəri ictimaiyyətdən uzaqda qaldığı müddətdə onun öldüyü və gizli şəkildə dəfn edildiyi ilə bağlı şaiyələr yayılırdı. Bununla yanaşı, 2015-ci ildən etibarən onun ABŞ-ın Daşkənddəki səfirliyində gizləndiyi məlum olub. İslam Kərimovun ölüm yatağına düşdüyü dövrdə Gülnarənin ABŞ-dan kömək istədiyi, hətta prezident postuna öz adamını təklif etdiyi irəli sürülmüşdü. Bu planın baş tutmadığı zaman Gülnarənin həbs edilməsi baş verdi. 2020-ci ildən etibarən şantaj və mənimsəmə ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Gülnarə Kərimova, hal-hazırda ölkəsində həbsdədir. Özbəkistan, onun ölkədən çıxardığı pulları geri qaytarmaq prosesini davam etdirir. 2022-ci ildən 2025-ci il tarixində 132 milyon və 95 milyon dolların qaytarılması prosesləri reallaşmışdır. Hazırda 252 milyon dolların geri qaytarılması qeydə alınır.