Ezonn Xəbər

ABŞ-də böyük təhlükə: Əhaliyə xəbərdarlıq edildi

ABŞ-də böyük təhlükə: Əhaliyə xəbərdarlıq edildi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-nin Ayova ştatında, Middletown qəsəbəsində yerləşən sursat istehsalı müəssisəsində saxlanılan 5 ton qurğuşun azidinin (lead azide) partladılması qərara alınıb. Bu əməliyyat zamanı əhalidən, zəhərli toz buludunun yayılması ehtimalına görə, evlərini tərk etmələri istənilib. Qəsəbədə yaşayan 360 nəfərin təhlükəsizliyi prioritetdir. Qeyd edək ki, bu maddə 20 ildən artıqdır xüsusi beton anbarlarda saxlanılır və detonatorların hazırlanmasında istifadə olunur. Müəyyən olunub ki, bu il aparılan yoxlama zamanı maddənin sabitliyi itirilmiş və suyun bir hissəsi buxarlaşmışdır. Nəticədə, partlayıcı maddənin başqa yerə daşınması riskli sayılıb və partlatma əməliyyatı həyata keçirilməsi qərarına gəlinib. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 68 çəlləkdə saxlanılan maddənin məhv edilməsi üçün icazə verib. Qurum partlayışın ətraf mühit və insan sağlamlığı üçün risk yaratdığını vurğulayıb. Sakinlərin partlayış və toz çökməsi müddətində evlərini tərk etmələri təklif olunub. Partlayış zamanı havaya zəhərli toz buludunun yayıla biləcəyi bildirilib. Həmin hissəciklərin əkin sahələrinə və oyun meydançalarına düşməsi ehtimalı var. Yerli vaxtla saat 08:00-dan 14:00-dək davam edəcək təxliyə prosesi zamanı açıq havada fəaliyyətlərdən çəkinmək Tövsiyə edilib. Məlumat üçün, əməliyyatın cümə günü keçirilməsi nəzərdə tutulsa da, əhalinin narahatlığı səbəbindən təxirə salınıb. Eyni zamanda, iki ekoloji təşkilat partlayışın dayandırılması üçün məhkəməyə müraciət edib, iddia edərək bildirib ki, müvafiq alternativlər kifayət qədər araşdırılmayıb.