Azərbaycan vətəndaşları Avropaya vizasız gedə biləcək? – Ceyhun Bayramovdan açıqlama

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında vizasız səfərlərin mümkünlüyü məsələsinə aydınlıq gətirib. O, Litvada etdiyi mətbuat konfransında, viza rejiminin liberallaşdırılmasının qarşılıqlı faydalı inkişaf olduğuna diqqət çəkib.
Nazirin bildirdiyinə görə, Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrliyi, bu gündəliyin irəliləməsi üçün əhəmiyyətli bir fürsət təqdim edir. Bayramov, viza məsələsinin müzakirəsi zamanı litvalı həmkarının dəstəyi olduğunu qeyd edib və bunun Azərbaycan üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Ceyhun Bayramov, Azərbaycan vətəndaşlarının turizm, təhsil və biznes kimi müxtəlif məqsədlərlə Avropaya səfər etdiklərini qeyd edib. O, viza rejiminin liberallaşdırılmasının bu prosesləri daha da asanlaşdıracağını ifadə edib.
Nazir əlavə edib ki, Azərbaycan hazırda bir sıra Avropa ölkələrinin vətəndaşlarına elektron qaydada viza imkanı təqdim edir. Bununla yanaşı, o, vizasız səfərlər üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasına hazır olduqlarını bildirib.