Ezonn Xəbər

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza rejimi sadələşdiriləcək

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza rejimi sadələşdiriləcək
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Litva, Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək niyyətindədir. Bu xəbər Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə mətbuat konfransında Litvanın xarici işlər naziri Kestutis Budris tərəfindən elan edilib. Nazir Budrisin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi, Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi mövzulardan biridir. "Müzakirələr hələ yeni başlayıb, lakin hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yaratmağı, insanlar arasında təmasları artırmağı və qarşılıqlı anlaşmanı gücləndirməyi bacara bilər" - deyə o qeyd edib. 2027-ci il yanvarın 1-dən etibarən Litva Avropa Birliyi Şurasında sədr olacaq. Budris, Vilnüsün AB-nin bütün 27 üzv dövləti üçün məqbul həll yolları tapmaqda və Azərbaycanın əlaqələrinin gücləndirilməsində müstəsna rol oynayacağına inandığını vurğulayıb. Nazir, "Bu kontekstdə AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik" - deyərək, Azərbaycanın Cənubi Qafqazın əsas ölkəsi olduğunu xatırladıb. Eyni zamanda, AB-nin investisiyalarda, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsindəki marağına da diqqət çəkib. Energetika və nəqliyyat sahələrindəki strateji layihələrin həyata keçirilməsinin, Cənubi Qafqazı Avropa ilə birləşdirəcəyi, eyni zamanda Avropa investisiyalarını cəlb edəcəyini bildirib. Budris, Orta Dəhlizin inkişafının tranzit marşrutlarının şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini də əlavə edib.