Vaşinqtonda gizli razılaşma: İki general hədəfdə

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İsrail, İranın hərbi-siyasi rəhbərliyində mühüm rol oynayan iki yüksək rütbəli generalın - Yəhya Rəhim Səfəvi və Əhməd Vahidinin aradan qaldırılması məsələsində ABŞ-dan dəstək almağa yaxınlaşmışdır. Bu məlumatı jurnalist Moşe Kohen açıqlayıb.
Məsələyə dair digər məlumatlar isə bildirir ki, İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Gofman yaxın günlərdə Vaşinqtona səfər edərək ABŞ-ın rəsmi şəxsləri ilə müzakirələr aparıb. Gofman, Səfəvi və Vahidinin zərərsizləşdirilməsinin İranın hərbi komandanlıq və idarəetmə sisteminə ağır zərbə vuracağını qeyd edib.
Gofman, bu şəxslərin yalnız adi generallar olmadığını, eyni zamanda İranın hərbi doktrinasını formalaşdıran və rejimin ideoloji konsepsiyasının əsas memarları olduğunu vurğulayıb. İddia edilir ki, bu iki generalın aradan qaldırılması, Tehran rejimi üçün ciddi təsirlər yaradacaq.
Eyni zamanda, məlumatda Tramp administrasiyasının İsrailin bu təklifini müsbət qarşılaması və Vaşinqtonda məsələ ətrafında ciddi müzakirələrin getdiyi bildirilib. Bu, iki ölkə arasındakı hərbi əməkdaşlığın yeni bir mərhələyə qədəm qoymasına səbəb ola biləcək.