Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı genişlənir

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Son günlər Türkiyədə məşhurlar arasında aparılan narkotik əməliyyatı ilə bağlı yeni adlar və faktlar ortaya çıxıb. Məlumata görə, bu əməliyyatın tarixi 2025-ci ildə başlayır. Jurnalist Ali Kannın açıqlamasına görə, bu, yalnız yeni bir dalğa deyil, əvvəllər baş verən araşdırmaların davamıdır.
Ali Kann bildirib ki, əməliyyat çərçivəsində saxlanılan bir sıra tanınmış simalar, o cümlədən Özcan Dəniz, məşhurlar arasında narkotik vasitələrin istifadəsi ilə bağlı araşdırmaların nəticəsidir. 2025-ci ildən etibarən çox sayda sənətçi, aktör, iş adamı və sosial media fenomeni istintaqın diqqət mərkəzinə düşüb.
1 noyabr tarixinə olan statistikaya əsasən, 21 ayrı əməliyyat çərçivəsində 258 nəfərə qarşı hüquqi qərarlar qəbul edilib. Bu şəxslərin bəziləri sonradan sərbəst buraxılsa da, bir qismi hələ də saxlanılıb. Hazırda hüquqi proseslər davam edir.
Yeni dalğanın müşahidə olunduğu bu mərhələdə, başda Özcan Dəniz olmaqla, daha bir neçə məşhur da istintaqa cəlb edilib. Bu, narkotiklə mübarizədə müvafiq orqanların daha da ciddiləşdiyini göstərir.