Ezonn Xəbər

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub. Bu qərar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı əsasında verilib. Rzayevin mülklərinin demək olar ki, hamısı Bakıda yerləşir. Həbs qoyulan əmlakların ümumi dəyəri təxminən 3 milyon manatdır. DTX, bu iş üzrə istintaqını tamamlayıb və İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yekun ittiham irəli sürüb. Maddələr arasına vəzifə səlahiyyətlərindən sui-istifadə, küllü miqdarda mənimsəmə və təkrar külli miqdarda rüşvət alma daxildir. Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur. Bu işin məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində, hakim Xaliq Məmmədovun sədrliyi altında keçiriləcək. İlk məhkəmə iclasının gələn cümə günü baş tutacağı gözlənilir. Xatırladaq ki, İslam Rzayev ötən il DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilmişdi. Bu məsələyə dair daha ətraflı məlumatların təqdim olunması gözlənilir.