Hayden Panettyeri və Vladimir Kliçkonun qızı aktrisanın mirasından pay alacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Aktrisa Hayden Panettyeri, avqustun 16-da 36 yaşında qəflətən dünyasını dəyişib. Ölümündən əvvəl əmlakını tənzimləmək üçün vəsiyyət yazmadığı aşkar edilib. Məhkəmə sənədlərinə görə, Panettyerinin ümumi sərvəti 6.23 milyon dollar təşkil edir. Bu sərvətin 5.21 milyon dolları şəxsi əşyalar, 1.02 milyon dolları isə daşınmaz əmlaka aiddir.
Məhkəmənin qərarı ilə aktrisanın sabiq nişanlısı, boksçu Vladimir Kliçko, onların birgə qızı Kayanın yeganə vərəsəsi kimi tanınıb. Kliçko, qızın əmlakı üzərində müvəqqəti qəyyum olaraq təyin edilib. O, həmçinin etibarlı nümayəndəsi Melissa Moskal Bençive ilə birlikdə şikayət edərək, məhkəmədən mirasın idarə edilməsini rəsmiləşdirmək üçün icazə istəyib.
Sentyabrda Kliçko, Panettyerinin əmlakını qorumaq və qızının vərəsəlik hüquqlarını təmin etmək məqsədilə məhkəməyə müraciət edib. Müraciətdə qeyd olunub ki, federal agentlər aktrisanın Los-Angelesdəki evinə daxil olaraq ona məxsus əşyaları aparıblar. Belə bir hadisədən sonra Kliçko mühafizə xidməti tutub və qapı qıfıllarını dəyişdirib.
Qeyd edək ki, Panettyeri və Kliçko 2009-cu ildən tanış olublar və 2013-cü ildə nişanlandıqdan sonra, 2014-cü il dekabrın 9-da qızları Kaya dünyaya gəlib. Lakin cütlük 2018-ci ilin avqustunda ayrılıb, həmin dövrdən etibarən aktrisa uşağının tam qəyyumluğunu Kliçkoya verib. Panettyeri, Cənubi Karolina ştatının Qrinvill şəhərində kirayə götürdüyü mənzildə vəfat edib. Ölümünə səbəb olan güclü təsirə malik dərmanların toksiki təsiri olduğu bildirilir. Ölüm, polis tərəfindən bədbəxt hadisə kimi qiymətləndirilib.