Ezonn Xəbər

Azyaşlı bacıların ölümü ilə bağlı açıqlama

Azyaşlı bacıların ölümü ilə bağlı açıqlama
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 7-si və 22-si Bakının Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Təcili tibbi yardım briqadaları hadisə yerinə göndərilib. 7 noyabr 2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlı Ülkər Asif qızı Hüseynova həkiməqədər ölüm faktı ilə qeydə alınıb. Daha sonra, 22 noyabr 2026-cı il tarixində 2017-ci il təvəllüdlü kiçik bacısı Nuranənin də həkiməqədər öldüyü bildirilib. Hadisə, Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ülkər 7 noyabrda, Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib. TƏBİB hadisə ilə bağlı araşdırmaların aparıldığını və zəruri addımların atıldığını qeyd edib.