Ezonn Xəbər

Xəlifə Haftar Ərdoğanın dəvəti ilə Ankaraya gəlib

Xəlifə Haftar Ərdoğanın dəvəti ilə Ankaraya gəlib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar, Türkiyənin paytaxtı Ankaraya səfər edib. Bu səfər, Liviya Nümayəndələr Palatasının 2019-cu ildən etibarən Liviya ilə Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinin müəyyənləşdirilməsi haqda Anlaşma Memorandumunun rəsmi olaraq təsdiqlənməsindən sonra baş verib. Xəlifə Haftar hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu və digər yüksək rütbəli komandanlar tərəfindən qarşılanıb. Səfərə Haftarın oğulları Xalid Haftar və Bilkasım Haftar da müşayiət ediblər. Səfər çərçivəsində Haftar, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb. Eyni zamanda, Liviya Milli Ordusunun rəisi, marşal Xəlifə Haftar, onun müavini general Saddam Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilkasım Haftar da müzakirələrdə iştirak ediblər. Bundan başqa, Xəlifə Haftarın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənilir. Bu səfərin iki ölkə arasındakı əlaqələrin güclənməsinə töhfə verməsi məqsədilə olduğu vurğulanır.