Ezonn Xəbər

Almaniyada erməni ailəsinin beş üzvü ölü tapıldı

Almaniyada erməni ailəsinin beş üzvü ölü tapıldı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Almaniyanın Kel şəhərində baş verən faciəli hadisədə bir erməni ailəsinin beş üzvü ölü tapılıb. Hadisədə ailənin daha iki üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir. Polisin açıqlamalarına görə, ölənlər arasında 46 yaşlı ata, 74 yaşlı nənə və 10-14 yaşları arasında üç uşaq mövcuddur. Ölən uşaqlar həm Almaniya, həm də Ermənistan vətəndaşıdır. Hadisənin baş verməsi, uşaqların məktəbə gəlməməsi nəticəsində məktəbdə narahatlıq yaranmasından sonra məlum olub. Hazırda 12 yaşlı oğlan və 11 yaşlı qızın vəziyyəti kritikdir. Qeyd edək ki, uşaqların anası hadisə zamanı evdə olmayıb. Araşdırmalar davam edir və polis hadisənin halları üzərində işləyir. Hadisənin səbəbi olan qaz sızması məsələsi də mütəxəssislər tərəfindən araşdırılır.