Nyu-York Tramp, Bezos və digər milyarderlərə yüz minlərlə dollar vergi hesabı göndərib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın Nyu-York şəhərində bahalı daşınmaz əmlaka sahib olan, ancaq bu mülkləri əsas yaşayış yeri kimi istifadə etməyən şəxslərə yeni vergi hesabları təqdim edilib. Bu vergi ödəyiciləri arasında ABŞ Prezidenti Donald Tramp və "Amazon"un təsisçisi Ceff Bezos da daxil olmaqla bir sıra məşhur şəxslər aşkar edilib.
Noyabrın 25-də "Business Insider"ın Nyu-York Maliyyə Departamentinin sənədlərinə istinadən verdiyi məlumata görə, yeni vergi hesabı əsasən “Pied-à-terre” adlandırılan bahalı mənzillərə və fərdi yaşayış evlərinə tətbiq olunur. Həmin əmlaklar əsas yaşayış məqsədilə istifadə edilmədiyi üçün əlavə vergi ödənişi tələb olunur.
Vergilərin ən yüksək məbləği “Citadel”in rəhbəri Ken Qriffinə hesablanmışdır - 1,01 milyon dollar. Bu sistemdə dəyəri 5 milyon dollardan başlayan fərdi evlər və 1 milyon dollardan başlayan mənzillər vergi ödəyicisi kimi göstərilir.
Yeni vergi 2026-cı ilin iyulundan qüvvəyə minəcək. Şəhər rəhbərliyi bu mexanizmlə büdcəyə hər il təxminən 500 milyon dollar əlavə gəlir daxil olacağını proqnozlaşdırır. Lakin, bu dəyişiklik bəzi varlı əmlak sahiblərinin narazılığına və məhkəmə iddialarına səbəb olub.
Donald Tramp daha əvvəl bu vergini sərt tənqid edərək, onun ədalətsiz olduğunu bildirib. Ceff Bezos isə Nyu-Yorkun yeni vergi sistemini təqdir edib və onu məqbul hesab etdiyini vurğulayıb.