Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni cinayət işi açılıb

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi açılıb. Bu barədə "Armenia Today" nəşri, məhkəmə-hüquq informasiya sistemi "Datalex"in məlumatlarına istinad edərək məlumat yayıb.
Sabiq nazir, o cümlədən Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan, vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri üçün ittiham olunur. İttihamın əsasını isə bu əməllərin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olması faktı təşkil edir. Məlumatlara görə, Yolçyanın Tonoyana bu misilsiz əməldə kömək etdiyi qeyd edilib.
Cinayət işi noyabrın 24-də məhkəməyə təqdim edilib və hakim Aram Qriqoryana həvalə olunub. Hər iki şəxs üçün ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib.
Qeyd edək ki, David Tonoyan 2021-ci ilin sentyabrında yararsız aviasiya sursatlarının alınması ilə bağlı daha bir cinayət işi üzrə həbs edilib. Onun 2024-cü ilin avqustunda girov müqabilində azadlığa buraxılması gözlənilir.