Ezonn Xəbər

Direktor olmaq istəyənlər bu cür qiymətləndiriləcək

Direktor olmaq istəyənlər bu cür qiymətləndiriləcək
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul prosesi başladılıb. Müsabiqənin müsahibə mərhələsində namizədlərin qiymətləndirilməsi yeddi meyara əsaslanacaq. Müsahibədə iştirak edən namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, habelə ünsiyyət və əlaqə qurma bacarıqları qiymətləndiriləcək. Eyni zamanda, onların problemləri həll etmək və qərar vermək qabiliyyəti, rəqəmsal və texnoloji biliklər, sosial və emosional bacarıqlar da müzakirəyə açıq olacaq. Eyni nəticə əldə edən namizədlər arasında seçim prosesi zamanı ilk sırada daha yüksək bal toplayan şəxsə üstünlük veriləcək. Bundan başqa, namizədin magistr dərəcəsinin olması, pedaqoji stajı və rəhbər vəzifədə çalışma müddəti seçki zamanı nəzərə alınan əlavə meyarlardandır.