Ezonn Xəbər

Biləcəridə mənzil seçimi azalır – Hansı mənzillər satışdadır?

Biləcəridə mənzil seçimi azalır – Hansı mənzillər satışdadır?
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bakının Biləcəri qəsəbəsində, “Avtovağzal” metro stansiyasının yaxınlığında yerləşən Kristalın Biləcəri Yaşayış Kompleksində mənzil seçimləri məhdudlaşır. Hazırda bu kompleksdə 50,16 kv.m sahədən 109,34 kv.m sahəli mənzillərə qədər geniş seçim imkanı mövcuddur. Digər tərəfdən, kompleksdə 2 otaqlı studiyalardan 4 otaqlı mənzillərə qədər müxtəlif variantlar satışdadır. Satışda olan 2 otaqlı studiyaların sahəsi 50,16-dan 56,09 kv.m-ə, 3 otaqlı studiyaların sahəsi isə 75,16-dan 77,64 kv.m-ə qədər dəyişir. Üstəlik, geniş ailələr üçün 109,34 kv.m səthli 4 otaqlı mənzillər də hazırda təklif olunur. Alıcılar bu mənzilləri 27 100 AZN-dən başlayan ilkin ödənişlə və 20 ilədək ipoteka şərtləri ilə əldə edə bilərlər. Eyni zamanda, illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit və Kristalın “Evini hissə-hissə al” modeli ilə də müştərilər müxtəlif ödəniş imkanlarından yararlana bilərlər. Biləcəri Yaşayış Kompleksinin əsas üstünlüyü, “Avtovağzal” metro stansiyasına və şəhərin əsas nəqliyyat yollarına yaxın olmasıdır. Həmçinin, burada bütün mənzillərin tanınmış Avropa brendlərinin məhsulları ilə tam təmirli təhvil veriləcəyi bildirilib. Bu, müştərilərə yeni evlərinə köçmək üçün əlavə vaxt və vəsait sərf etmə imkanı yaradır. Kompleksdə geniş yaşıllıq, idman sahələri, uşaq oyun meydançaları, ticarət və xidmət obyektləri, bir sözlə, hərtərəfli infrastruktur mövcuddur. Hal-hazırda, satışda qalan mənzillərin sayı məhduddur. Məlumat üçün Kristalın satış ofisinə müraciət edə bilərsiniz.