“Son Yemek” filminin möhtəşəm qala gecəsi keçirilib – FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 23-də “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Flame Towers” filialında “Son Yemek” filminin qala gecəsi baş tutub. Tədbirdə Türkiyənin tanınmış aktyoru, ssenaristi və müğənnisi Özcan Deniz iştirak edib. O, şəxsi dəvəti ilə Azərbaycana gələrək yeni ekran işini yerli tamaşaçılara təqdim edib.
“Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Anar Eyvazov bildirib ki, bu cür gala gecələrinin təşkilində məqsəd yalnız film nümayişi deyil, həm də unudulmaz kino təcrübəsi yaşatmaqdır. Tamaşaçılar sevdikləri sənətçilərlə canlı görüşmək fürsətini əldə ediblər ki, bu da tədbiri daha da əlamətdar edib.
“Son Yemek” filmi hal-hazırda Azərbaycan kinosevərləri üçün “Park Cinema” kinoteatrlarında nümayiş olunur. Bilet almaq üçün kinoteatrların kassalarına və parkcinema.az saytına müraciət etmək mümkündür.
Özcan Deniz və onun yeni filmi ilə bağlı maraqlı anlar, kino həvəskarları üçün unudulmaz bir gecə yaşatdı. Gala gecəsi mədəniyyət sahəsində qeyd edilən önəmli hadisələrdən biri olaraq öz yerini aldı.