Ezonn Xəbər

SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başladı

SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başladı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. SOCAR-ın bir hissəsi olan “Caspian Drilling Company” (CDC), İsrailin cənubunda yeni qaz yatırımı üçün qazma işlərinə başlayıb. Şirkət, "Mosestro" şirkətinin sifarişinə əsasən, "Sifra North 01" quyusunda iş başlatmışdır. CDC və SOCAR-ın qazma struktur bölməsi olan Kompleks Qazma İşləri Tresti (KQİT) birgə qazma işlərinə yönəldiklərini məmnuniyyətlə xəbər verirlər. Qazma işlərinin icrasına başlamazdan əvvəl bütün yoxlama prosedurlarının tamamlandığı qeyd olunub. Bu mərhələ, həm CDC, həm də KQİT komandalarının hazırlıq səviyyəsini və birgə iş əmliyyatlarını göstərir. Qazma prosesinə 22 noyabr 2026-cı il saat 11:20-də start veriləcəkdir. Məlumatda vurğulanır ki, CDC və KQİT, qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığını davam etdirməkdədir. Həmçinin, layihə tərəfdaşları olan Mosestro şirkətinə və layihənin həyata keçirilməsində iştirak edən bütün şəxslərə təşəkkür edilib.