Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Yasamal rayonunda naməlum şəxslərin narkotik vasitələrdən istifadə etdiyi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb. Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir neçə şəxs saklanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Saxlanılan şəxslər arasında S. Osmanov, F. Həsənzadə, Q. Səfərli, F. Şıxıyev və S. Talıbovun adları yer alır. Onların hüquqazidd fəaliyyətləri polis tərəfindən təsdiqlənib.
Məsələ ilə bağlı cinayət işi başlatıldığı və araşdırmaların davam etdirildiyi bildirilib. Bu cür tədbirlərin həyata keçirilməsinin, narkotik vasitələrdən istifadənin azaldılması məqsədini güddüyü vurğulanır.
Bu arada, müvafiq orqanlar narkotik vasitələrin istifadəsinə qarşı mübarizənin genişləndirilməsi və cəmiyyətin bu barədə maarifləndirilməsi zərurətini də qeyd edirlər.