Ezonn Xəbər

Ürək üçün gəzinti, yoxsa qaçış?

Ürək üçün gəzinti, yoxsa qaçış?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Gün ərzində qısa fasilələrlə sürətli gəzintilər, sağlamlıq baxımından bir dəfəyə uzun müddət gəzmekdən daha faydalı ola bilər. "Cebheinfo.az" xəbər verir ki, araşdırmalar, hər saat cəmi 5 dəqiqəlik sürətli gəzintinin maddələr mübadiləsinə, ürək sağlamlığına müsbət təsir göstərdiyini və eyni zamanda qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək etdiyini ortaya qoyur. Obesity jurnalında dərc olunan tədqiqatda 30 yetkin şəxsin iştirak etdiyi altı həftəlik bir araşdırmanın nəticələri də diqqət çəkir. Belə ki, gün ərzində qısa gəzinti fasilələri edən şəxslərdə qan şəkərinin hədəf diapazonda qalma müddəti 82 faizdən 94 faizə yüksəlib. Bu, qısa gəzintilərin metabolizmaya müsbət təsirini sübut edir. Digər tərəfdən, bir dəfəyə 45 dəqiqə fasiləsiz gəzənlərin qan şəkərinin hədəf diapazonda qalması, 89 faizdən 80 faizə düşmüşdür. Tədqiqatçılar, xüsusilə uzun müddət masa arxasında oturan insanlar üçün, 30-60 dəqiqədən bir ayağa qalxmaq və hərəkət etmək tövsiyə edirlər. Bununla yanaşı, qısa hərəkət fasilələrinin qanda şəkərin səviyyəsindəki dalğalanmaları azaltmağa kömək edəcəyi də bildirilib. Bu, sağlam həyat tərzi keçirmək istəyənlər üçün əhəmiyyətli bir göstərişdir.