Ezonn Xəbər

Trampın növbəti hədəfi bəlli oldu

Trampın növbəti hədəfi bəlli oldu
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Tramp, ölkəsinin 16 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Bu barədə politoloq Elxan Şahinoğlu öz "Facebook" səhifəsində məlumat yayıb. Elxan Şahinoğlu, “Reuters” agentliyinin qeydlərinə istinadən bildirir ki, ABŞ Ticarət Nümayəndəliyi, yeni rüsumların əvvəlki tariflərin üzərinə əlavə olunmasını təklif edəcək. Bu tədbirlər, fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi bəzi tariflərin əvəzini tutmağı hədəfləyir. Hədəf ölkələr arasında Çin də yer alır. İki ölkə arasında sıx dialoqa baxmayaraq, ABŞ administrasiyası, Çinin ixrac imkanlarının genişlənməsindən narahatdır. Çin, elektrik avtomobilləri, məişət texnikası və günəş panelləri sahəsində liderlik mövqeyini əldən vermək istəmir. Hazırda ABŞ-la Çin arasında gömrük rüsumlarının artırılmaması üçün yanvarın 10-a qədər olan “ticarət atəşkəsi” davam edir. Atəşkəsin uzanması halında, Çin məhsullarına tətbiq ediləcək rüsumların 20 faiz səviyyəsində saxlanılması gözlənilir. Bununla yanaşı, Kanada və Hindistan arasında ticarət sazişi imzalanması planlaşdırılır.